"Zəhmətkeş fermer" layihəsi uğurla davam etdirilir
Azərşəkər ölkəmizdə ilk dəfə əkin sahələrinə yaxın yaşayış yerlərindən fermerlərin yeni formada əməkdaşlığa və idarəçiliyə cəlb olunmasını həyata keçirir. Artıq 2 ildir ki, layihə uğurla davam etdirilir.
Layihə çərçivəsində son məhsul sezonun yekununa dair görüş keçirilib. Görüşdə il ərzində fermerlərin gördüyü işlər, sahələrə nəzarət, aqrotexniki qulluqların texnoloji xəritəyə uyğun aparılması və digər məsələlər müzakirə edilib.
Bundan əlavə, fermerlərə yeni sezonda əkiləcək sahələrdə nəticələrin daha da yaxşılaşdırılması və məhsuldarlığın artırılması ilə bağlı tövsiyələr verilib.
Sonda fermerlərə göstərdiklərə nəticələrə əsasən ödənişləri həyata keçirilib.