Azərşəkər MMC-nin idarə heyətinə yeni təyinatlar olub
Paylaşın Azərşəkər MMC-nin idarə heyətinə yeni təyinatlar olub. Belə ki, Nəsib İslamzadə Azərşəkər MMC-nin İdarə Heyətinin sədri, Cavid Abdullayev isə, İdarə Heyətinin üzvü təyin olunub.
Qeyd edək ki, 2024-cü ilin mart ayından Baş Kommersiya inzibatçısı vəzifəsində çalışan Nəsib İslamzadə sentyabr ayında Azərşəkər MMC-yə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Bundan əvvəl “Agrotrade Supply” MMC-nin İdarə Heyətinin üzvü olan Nəsib İslamzadə “KPMG” audit şirkətində, “Garant Holding” MMC, “AzGroup Holding”, “PMD Hospitality” MMC və “Agro Food Investments” MMC, “PMD Group” MMC kimi şirkətlərdə çalışıb.
İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı vəzifələrinə təyin olunan Cavid Abdullayev isə, bundan öncə "PricewaterhouseCoopers", "Paşa İnşaat", "Synergy Group", "Netframe MMC" şirkətlərində maliyyə, audit və ümumi idarəetmə istiqamətlərində çalışıb.
Foto qalereya