close
close
Xəbərlər

Azərşəkər Water Footprint sertifikatına layiq görülüb

Azərşəkər MMC kənd təsərrüfatı sahəsində daha bir yeniliyə imza atdı. Şirkətimiz ətraf mühitin idarə edilməsi - Su Ayaq İzi - Prinsiplər, tələblər və təlimatlar standartı olan ISO 14046 : 2016 sertifikatına layiq görülüb. 


TÜV Austria Azərbaycan şirkətinin təqdim etdiyi bu sertifikat bizim su resurslarının idarə edilməsinə verdiyimiz önəmin və bu istiqamətdə apardığımız işlərin təsdiqidir. Kənd təsərrüfatı fəaliyyətlərimizi həyata keçirərkən təbii sərvətləri qorumaq və su resurslarından səmərəli istifadə etmək əsas prioritetlərimizdəndir.


 

listFoto qalereya