close
close
Xəbərlər

Təsərrüfatlarımızda suvarma sistemlərinin qurulması və digər melorativ tədbirlər davam etdirilir

Ağcabədi rayonunda 100 min m³ həcmində nizamlayıcı su anbarının tikintisi icra olunmaqdadır. Anbarın tikilməsində məqsəd Ağcabədi təsərrüfatında yerləşən 2500 hektarlıq əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Həmçinin, Yevlax rayonunda da 100 min m³ həcmində nizamlayıcı su anbarının tikinti-quraşdırma işləri aparılır. Bundan əlavə, paralel olaraq yağış və sel sularının ərazidən kənarlaşdırılması üçün beton üzlüklü kanalların tikintisi həyata keçirilir.

listFoto qalereya