“G11rand-Agro” LLC operates within “Agro Food Investments” LLC group of companies.
close
close
Xəbərlər

Təsərrüfatlarımızda soya əkini başa çatdırıldı

Təsərrüfatımızda keçən ilki soya əkinləri təcrübəsi də nəzərə alınmaqla 75 ha sahədə soya səpini aparılıb.

Əkin 30 sm və 45 sm cərgəarası olmaqla əyata keçirilib. Soya əkinlərinin aparılmasında əsas məqsəd ölkənin bu bitkiyə olan təlabatının bir hissəsinin ödənilməsidir. Cari ildə arpa biçinindən sonra, təkrar soya əkinlərinin aparılması nəzərdə tutulub. Soya heyvandarlıq və quşçuluq sənayesi üçün qiymətli yem bitkisi olmaqla yanaşı, torpaqların münbitləşdirilməsi, azotla zənginləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Azərşəkər olaraq növbəti illər ərzində soya əkin sahələrinin daha da genişləndirilməsini nəzərdə tuturuq.

#Azərşəkər #Azərbaycan #aqrolab #KəndTəsərrüfatı #agrolab #agrolabazerbaijan

listFoto qalereya