close
close
Xəbərlər

Şəkər çuğundurunun becərilməsi texnoloji xəritəyə uyğun davam edir

Bildiyimiz kimi, şəkər çuğunduru alaqlardan təmiz münbit torpağa əkilməlidir. İlk olaraq yazda alaqlara qarşı səpinqabağı kultivasiya etməklə mübarizə aparılsa da, səpindən sonra onların sahədə yenidən meydana çıxması baş verir. Alaqlar mədəni bitkilərə nisbətən 1.5 dəfə çox su sərf edir. Onlarda 1 qram quru maddənin əmələ gəlməsi üçün, alaqlar 50 litr su sərf edir.

Eyni zamanda alaqlar səpinlə birgə verilmiş gübrələri daha tez qəbul edərək şəkər çuğundurunun ondan effektiv istifadəsini minimuma endirir. Məsələn, araşdırmalarla müəyyən edilmişdir ki, alaqlar bir hektardan 60 kq mineral gübrə aparır. Həmçinin bir sıra zərərvericiləri cəlb edir.

Belə ki, məftil qurdları ilkin mərhələdə sürünən ayrıqla, gövdə kəpənəyi adi yovşanla, pambıq sovkası isə ambroziya və ya amarantla qidalanır. Sonradan isə, şəkər çuğunduru sahələrinə yayılır. Odur ki, inkişafının 1-ci mərhələsində şəkər çuğunduru sahələrində alaqlarla mübarizə vacib əhəmiyyət daşıyır. Alaq otları ilə mübarizədə müxtəlif hebisidlərdən istifadə olunmaqla 1-ci dərmanlama çıxışdan dərhal sonra, alaqlar sap mərhələsində olduqda, 2-ci və 3-cü dərmanlamalar isə, 10 gün intervalla həyata keçirilir. Hazırda təsərrüfatlarımızda alaqlara qarşı 1-ci dərmanlama həyata keçirilməkdədir.

#Azərşəkər #Azərbaycan #aqrolab #KəndTəsərrüfatı #agrolab #agrolabazerbaijan

listFoto qalereya