close
close
Xəbərlər

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və “AzərŞəkər” MMC arasında Anlaşma Memorandumu imzalanıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC idxaldan asılılığın azaldılması və yerli istehsala dəstək məqsədi ilə pivə istehsalı üçün səməni arpasının emalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair “AzərŞəkər” MMC ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən, şirkətlər pivə istehsalı üçün səməni arpasının emalı layihəsi üzrə birgə investisiya imkanının araşdırılması və  əməkdaşlığın genişləndirilməsi istiqamətlərinin müəyyən edilməsi barədə razılığa gəldilər. Layihənin əsas məqsədi yerli pivəlik arpa becərilməklə pivə istehsalı üçün xammalın lokalizasiyasından ibarətdir.

Qeyd edək ki, layihə “Azərşəkər” MMC ilə Carlsberg Azərbaycan pivə zavodunun əməkdaşlığı çərçivəsində həyata keçiriləcəkdir.

Marja Report Fed.az