close
close
Xəbərlər

Ucar Pambıq Emalı zavodunda istehsal prosesi sürətlə davam edir

“Azərşəkər” MMC-nin törəmə şirkəti olan “Textile Horizon” MMC-nin Ucar Pambıq Emalı zavodunda istehsal prosesi davam edir.

 

Zavodun xammalla təminatı EDEN Agro və 650 hektar sahədə müqaviləli əkinçilik əsasında əməkdaşlıq edilən yerli fermerlər vasitəsilə həyata keçirilir. 

 

Hazırda zavodda illik 12 000 ton pambığın emalı nəzərdə tutulur. Növbəti mərhələdə isə emal həcminin artırılaraq 2028-ci ildə illik 40,000 tona çatdırılması, bununla da istehsal potensialının genişləndirilməsi planlaşdırılır.

 

Bu layihə pambıqçılıqdan hazır geyim istehsalına qədər uzanan inteqrasiya olunmuş dəyər zəncirinin formalaşdırılması və Azərbaycanda tekstil sənayesinin inkişafı istiqamətində atılan mühüm addımlardan biridir.

listFoto qalereya