close
close
Xəbərlər

Azərşəkər MMC-nin İdarə Heyətinin üzvü IV Özbəkistan–Azərbaycan Regionlararası Forumunda çıxış edib

22 avqust tarixində Daşkənddə keçirilən IV Özbəkistan–Azərbaycan Regionlararası Forumunda iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və regionlararası əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb.

 

Forum çərçivəsində Azərşəkər MMC-nin İdarə Heyətinin üzvü Cavid Abdullayev çıxış edərək Azərbaycan və Özbəkistan arasında işgüzar əlaqələrin genişləndirilməsi və birgə layihələrin təşviqi ilə bağlı fikirlərini bölüşüb.

 

Tədbirdə kənd təsərrüfatı, sənaye, investisiya, ticarət, logistika və digər sahələr üzrə əməkdaşlığın inkişafı və yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

 

Azərbaycan–Özbəkistan əməkdaşlığının yeni layihələr və qarşılıqlı investisiyalarla daha da genişlənəcəyinə inanırıq.

listFoto qalereya