close
close
Xəbərlər

Keyfiyyətə nəzarət auditinin nəticələri ilə bağlı təqdimat keçirilib

Şirkətimizdə proseslərin İSO 9001 Keyfiyyət İdarəetmə Sistemi tələblərinə uyğun təşkil edilməsi əsas hədəflərimizdən biridir.

Keyfiyyət İdarəetmə Sistemi tələbləri təsərrüfatlarımızda olan proseslərə tətbiq edilir ki, bu da öz növbəsində şirkətimizin fəaliyyətinin daimi olaraq təkmilləşməsini və beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını təmin edir.

2020-ci ilin keyfiyyətə nəzarət audit planına uyğun olaraq Şəmkir təsərrüfatında Keyfiyyətə Nəzarət departamenti tərəfindən aparılan yoxlamaların nəticələri ilə bağlı təqdimat keçirilib.

Qiymətləndirməyə əsasən yüksək nəticə göstərən əməkdaşlarımız şirkət rəhbərliyi tərəfindən mükafatlandırılıb.

listFoto qalereya