Azərşəkər ISO 14064-1:2018 sertifikatına layiq görülüb
Paylaşın Azərşəkər ölkədə bir ilkə imza ataraq ətraf mühitə və təbiətə olan həssas yanaşması ilə seçildi. Şirkətimiz havaya buraxılan karbon emissiyasının azaldılması istiqamətində həyata keçirdiyi sistemli və davamlı fəaliyyətlər nəticəsində ISO 14064-1:2018 standartı sertifikatına layiq görüldü.
TÜV Austria Azərbaycan şirkəti tərəfindən təqdim olunan bu sertifikat Azərşəkərin ekoloji davamlılıq sahəsində göstərdiyi səylərin rəsmi təsdiqi hesab olunur. ISO 14064-1:2018 sertifikatı şirkətimizin karbon izinin ölçülməsi, idarə olunması və azaldılması üzrə beynəlxalq standartlara tam uyğunluğunu əks etdirir.
Foto qalereya