“Azərşəkər” MMC-nin əməkdaşları üçün "Rəy Bildirmə və Rəy Qəbul Etmə" mövzusunda təlim keçirilib
Paylaşın “Azərşəkər” MMC-nin rəhbər vəzifələrdə çalışan əməkdaşları üçün "Rəy Bildirmə və Rəy Qəbul Etmə" mövzusunda təlim keçirilib. Təlim Synergia Academy tərəfindən təşkil olunub.
Proqram çərçivəsində rəyvermə mədəniyyətinin komanda idarəçiliyində rolu, effektiv ünsiyyət üsulları və idarəetmədə davranışların ölçülə bilən şəkildə dəyərləndirilməsi müzakirə edilib.
Təlimin sonunda panel müzakirəsi təşkil olunub və sahə üzrə təcrübəli mütəxəssislər effektiv rəyvermə mövzusunda öz təcrübələrini bölüşüblər.
Təlimin əsas məqsədi şirkət daxilində daha şəffaf, inkişaf yönümlü və əməkdaşlığa əsaslanan iş mühitinin formalaşdırılmasına dəstək olmaqdır.