close
close
Xəbərlər

Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində şəkər çuğunduru yığımı davam edir

"Azərşəkər" şirkəti tərəfindən ilk dəfə Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş torpaqlarda şəkər çuğunduru becərilib və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Rayon üzrə bu göstərici 3600 tondur.

Məhsulun itkisiz və optimal müddətdə tam yığılıb tədarük edilməsi üçün müasir tipli çuğundur yığan kombayndan istifadə olunur. Əkin sahələrinə suvarma suyu Köndələnçay üzərində yerləşən su anbarından verilir.

Xəbəri göstərilən media qurumlarından da ətraflı oxuya bilərsiniz: 

AzərTac, Apa, Report, Trend, Milli.az, Day.az, Xəzərxəbər, Oxu.az

listFoto qalereya