close
close
Xəbərlər

Azərşəkər MMC ilə Azərbaycan Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Aprelin 8-də Azərşəkər MMC nümayəndələri tərəfindən Azərbaycan Texnologiya Universiteti-ndə görüş keçirilib. Görüş çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tədbir zamanı tələbələr üçün şirkətlərin fəaliyyət istiqamətlərini əhatə edən tanıtım sessiyası təşkil olunub. Sessiya çərçivəsində İnsan Resursları departamentinin rəhbəri İbrahim İbrahimov çıxış edərək şirkətin fəaliyyəti, karyera imkanları və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib. O, həmçinin tələbələrin suallarını cavablandıraraq onlarla interaktiv müzakirə aparıb.

Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafının dəstəklənməsi, onların real iş mühitinə daha yaxşı hazırlanması və aqrar sahə üçün ixtisaslı kadr ehtiyatının gücləndirilməsi əsas prioritetlərdəndir.

listFoto qalereya