"Azərşəkər" MMC əmək yarmarkasında iştirak edib
Paylaşın “Azərşəkər” MMC oktyabrın 28-i tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı tərəfindən təşkil edilən əmək yarmarkasında iştirak edib. Tədbir çərçivəsində şirkət tərəfindən müxtəlif vakansiyalar üzrə müraciətlər qəbul olunub və iştirakçılara “Azərşəkər” MMC-nin fəaliyyəti, karyera imkanları və işə qəbul prosesi barədə ətraflı məlumat təqdim edilib.
Foto qalereya