close
close
Xəbərlər

“Eden Agro” MMC karyera sərgisində iştirak edib

Noyabrın 26-da “Eden Agro” MMC SABAH.city-də təşkil olunan Karyera Sərgisində iştirak edib.

 

40-dan çox şirkətin nümayəndəsini bir araya gətirən sərgi iştirakçılara mövcud vakansiyalar və təcrübə proqramları ilə tanış olmaq, peşəkar əlaqələrini genişləndirmək və gələcək karyeraları istiqamətində mühüm addımlar atmaq imkanı yaradıb.

 

Sərgi çərçivəsində “Eden Agro” MMC-nin nümayəndələri tərəfindən iştirakçılara şirkətin fəaliyyət istiqamətləri, mövcud karyera imkanları və işə qəbul prosesi barədə ətraflı məlumat verilib, müxtəlif vakansiyalar üzrə namizədlərin müraciətləri qəbul edilib.

 

Karyera sərgisində iştirakımız potensial namizədlərlə birbaşa ünsiyyət qurmaq, onların peşəkar maraqları ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından əhəmiyyətli olub.

listFoto qalereya