“Eden Agro” MMC əmək yarmarkasında iştirak edib
Paylaşın “Eden Agro” MMC oktyabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Bakı şəhərində təşkil etdiyi əmək yarmarkasında iştirak edib.
Yarmarka çərçivəsində şirkət tərəfindən müxtəlif vakansiyalar üzrə namizədlərin müraciətləri qəbul olunub. İştirakçılara “Eden Agro” MMC-nin fəaliyyəti, mövcud karyera imkanları və işə qəbul prosesi barədə ətraflı məlumat verilib.
Şirkət əmək bazarında fəal iştirak etməklə peşəkar kadrların cəlb olunmasına və məşğulluq imkanlarının genişləndirilməsinə töhfə verməyə davam edir.
Foto qalereya