close
close
Xəbərlər

EDEN AGRO və COFCO Engineering arasında əməkdaşlıq memorandumu imzalanıb

10 aprel tarixində EDEN AGRO MMC və COFCO Engineering arasında əməkdaşlıq memorandumu imzalanıb.


Memorandum çərçivəsində tərəflər emal sahəsində mövcud potensialın daha effektiv istifadəsi, resursların inkişafı və sahə üzrə araşdırmaların aparılması istiqamətində birgə fəaliyyət göstərəcək.


Eyni zamanda, perspektivli layihələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi, istehsal gücünün artırılması və zavodun texnoloji imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasındadır.


Bu tərəfdaşlıq Azərşəkər MMC-in davamlı inkişaf məqsədlərinə uyğun olaraq sənaye imkanlarının gücləndirilməsi və innovativ həllərin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.


Qeyd edək ki, COFCO Engineering qida və aqrar sahədə ixtisaslaşmış beynəlxalq mühəndislik şirkətidir. Şirkət emal və istehsal müəssisələrinin qurulması və inkişafı üzrə geniş təcrübəyə malikdir.