close
close
Xəbərlər

Azərşəkər Bilik Günü münasibəti ilə birinciləri sevindirdi

Bilik Günü münasibətilə Azərşəkər olaraq bölgələrdə həyata keçirdiyimiz Korporativ Sosial Məsuliyyət təşəbbüslərimiz çərçivəsində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən M.F. Axundov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdlərini sevindirdik.

 

Birincilərin məktəb həyatına ilk addımlarını daha rahat və inamla atmalarına dəstək olmaq məqsədilə onlara məktəb çantaları və zəruri dərs ləvazimatları təqdim etdik.

 

Məktəb rəhbərliyi göstərilən diqqətə görə şirkətimizə təşəkkürünü bildirdi. Azərşəkər əməkdaşları isə şagirdləri Bilik Günü münasibətilə təbrik edərək, onlara uğurlu və yaddaqalan məktəb həyatı arzuladılar.

 

Korporativ Sosial Məsuliyyətə xüsusi önəm verən Azərşəkər sosial rifahın yaxşılaşdırılması, təhsilə dəstək və ətraf mühitin mühafizəsi istiqamətlərində həyata keçirdiyi təşəbbüsləri davam etdirir. Şirkətimiz bu istiqamətdə bölgələrdə müxtəlif sosial layihələri növbəti illərdə də həyata keçirməyi planlaşdırır.

 

İnanırıq ki, uşaqların təhsilinə göstərilən hər bir dəstək gələcəyimizə edilən ən dəyərli sərmayədir.