Azərşəkər birinciləri sevindirdi
Paylaşın Bilik Günü münasibəti ilə Azərşəkər şirkəti Korporativ Sosial Məsuliyyət çərçivəsində fəaliyyət göstərdiyimiz İmişli təsərrüfatına yaxın olan ərazidə yerləşən İmişli rayonu Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbində bu il 1-ci sinfə gedəcək şagirdlərə çanta və dərs ləvazimatları hədiyyə edib.
Görüşdə çıxış edən məktəb rəhbərliyi və İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri məktəblilərə lazım olan bütün ləvazimatları təmin etdiyinə görə “Azərşəkər” şirkətinə öz təşəkkürünü bildirib. Azərşəkər şirkətinin əməkdaşları da öz növbəsində şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.
Korporativ Sosial Məsuliyyət anlayışına xüsusi önəm verən şirkətimiz öz KSM proqramında bölgələrdə sosial rifahın yaxşılaşdırılması, ətraf mühitin mühafizəsinə dəstək istiqamətlərinə xüsusi yer ayırıb və bu cür tədbirləri davamlı olaraq növbəti illərdə də həyata keçirməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, 2017-ci ildə təsis edilmiş Azərşəkər MMC ölkəmizin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalına başlayıb.
Hazırda şirkət ən son texnologiyalardan istifadə etməklə əkinçilik, heyvandarlıq, bağçılıq və kənd təsərrüfatı laboratoriyası istiqamətlərində fəaliyyətini davam etdirir. Şəmkir, Yevlax, Ağcabədi, Füzuli, İmişli rayonlarında yerləşən təsərrüfatlarındakı kənd təsərrüfatı fəaliyyəti ilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Foto qalereya