Hədəflərə aparan yol birlikdən keçir
Paylaşın Əməkdaşlarımız arasında komanda ruhunu gücləndirmək və işgüzar münasibətləri daha da möhkəmləndirmək məqsədilə 19–20 sentyabr tarixlərində Lankaran Springs Wellness Resortda komanda quruculuğu tədbiri keçirilib. Tədbir çərçivəsində maraqlı və əyləncəli oyunlar təşkil olunub, əməkdaşlarımız bir komanda olaraq bacarıqlarını sınayıblar. Bununla yanaşı, “2025-ci ilin ilk altı ayı üzrə strateji hədəflərin icrası” mövzusunda təqdimat keçirilib və müzakirələr aparılıb.
Bu tədbir əməkdaşlarımızın həm iş, həm də şəxsi inkişafına töhfə verərək, birlikdə uğura doğru daha inamla addımlamağımıza şərait yaradıb.
Foto qalereya