close
close
Xəbərlər

İlin aqrosənaye şirkəti adına layiq görüldük

“Azərşəkər” MMC 18 dekabrda ilin ən böyük “networking” tədbiri olan, “Yaşıl dünya naminə həmrəylik ili” və “Caspian Energy” brendinin 25 illik yubileyinə həsr olunmuş 11-ci Beynəlxalq “Caspian Business Award 2024” mükafatının təltifetmə mərasimində iştirak edib. “Caspian Business Award” təltifetmə mərasimi artıq 11-ci ildir ölkənin aparıcı dövlət və özəl şirkətlərini bir araya toplayaraq keçirilir.

“Caspian Business Award 2024” tədbirində iştirak edən bir sıra şirkətlər arasında “Azərşəkər” MMC “İlin aqrosənaye şirkəti” nominasiyasına layiq görülüb.