close
close
Xəbərlər

"Azərşəkər" və Özbəkistanın “Global Textile” şirkətlərinin birgə tekstil klasterinin yaradılması layihələrinə start verilməsi mərasimi olub

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib. 
Görüşdə həmçinin Azərbaycan Respublikasının Yevlax rayonunda tekstil klasterinin yaradılması layihələrinə start verilməsi mərasimi olub.
Qeyd edək ki, layihənin dəyəri 104 milyon dollardır. Pambıq becərilməsinin başlanğıcından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Bu layihə Azərbaycanın "Azərşəkər" və Özbəkistanın “Global Textile” şirkətlərinin iştirakı ilə həyata keçirilir.

listFoto qalereya