"Azərşəkər" ilə "Agrobay Seracılık" şirkəti arasında memorandum imzalanıb
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilib.
Forumu çərçivəsində "Azərşəkər" MMC ilə Türkiyənin "Agrobay Seracılık" şirkəti arasında razılaşma memorandumu imzalanıb.
Qeyd edək ki, sənədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muşun iştirakı ilə imza atılıb.