close
close
Xəbərlər

“Azərşəkər” və “Agrobay seracılık” birgə müəssisənin yaradılması ilə bağlı memorandum imzalayıb

“Azərşəkər”“Agrobay Seracılık” şirkətləri arasında Azərbaycanda yeni müştərək heyvandarlıq və əkinçilik Aqroparkının fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalanıb. Layihənin icrası ilə ölkəmizdə xarici sərmayə qoyuluşunun artırılmasına, regionlarda yeni iş yerlərinin yaradılmasına, eyni zamanda, istehsal olunacaq məhsullar üzrə xarici valyutanın ölkədən kənara axınının azaldılmasına töhfə veriləcəkdir. Bununla yanaşı, layihə çəçivəsində şirkətlərin uyğun təcrübəsi ölkəmizdə heyvandarlıq və əkinçilik sektorunun daha da inkişafına və ərzaq təhlükəsizliyinin təminatına dəyər gətirəcəkdir. Yevlax rayonunda yerləşəcək Aqroparkın fəaliyyətinin həyata keçirilməsi üçün 23 milyon manat investisiya ayrılacaq və müəssisənin fəaliyyətə başlaması ilə regionda 116 nəfər daimi iş yeri ilə təmin olunacaqdır.

Anar Mehdiyev, AzərŞəkər MMC-nin İdarə Heyətinin Sədri: “Ölkəmizdə həm xarici, həm də yerli investisiyalar üçün yaradılan münbit şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq edirik.

Bu səbəbdən, Azərşəkər şirkəti olaraq qardaş Türkiyə respublikasından investisiya cəlb etməklə Yevlax rayonunda yeni layihəyə başlamaqdan məmnunluq duyuruq. Layihəmiz 1000 hektara yaxın ərazidə qurulacaq əkinçilik və heyvandarlıq kompleksindən ibarətdir. Mərhələli şəkildə icra ediləcək layihəmiz əminik ki, ölkəmizin ümumi olaraq iqtisadiyyatına öz töhfəsini verəcəkdir.

Layihənin icrasında göstərdiyi dəstəyə görə həm İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi, həmçinin Yevlax rayonu icra hakimiyyətinə təşəkkürümüzü bildiririk.”

Azərşəkər MMC ən son texnologiyalardan istifadə etməklə, Azərbaycanın müxtəlif regionlarında yerləşən təsərrüfatlarında şəkər çuğunduru, qarğıdalı, soya və dənli bitkilərin əkib-becərilməsi ilə məşğuldur. Şirkət kənd təsərrrüfatı ilə yanaşı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

2017-ci ildə təsis edilən şirkət, cari əkin mövsümündə Şəmkir və Yevlax rayonlarında 2700 hektar müasir suvarma təminatlı təsərrüfatda taxıl, şəkər çuğunduru, soya və qarğıdalı becərilməsini həyata keçirməkdədir. 2022-ci ilin sonuna kimi Şəmkir, Yevlax, Ağcabədi, Füzuli rayonlarında, toplam 8000 hektara yaxın ərazinin müasir suvarma və digər müasir infrastruktur sistemi ilə təchizatı üçün 55 milyon manata yaxın vəsait investisiya ediləcəkdir. Hal-hazırda şirkətdə 167 nəfər işçi çalışır, əkinçilik işləri üçün 32 milyon manatdan çox vəsait yatırılmışdır. 2019-cu ildən şirkətin Yevlax təsərrüfatının nəzdində AgroLab müasir kənd təsərrüfatı laboratoriyası fəaliyyət göstərməkdədir. 

Ahmet Şentürk, Agrobay Seracılık İdarə Heyətinin Sədri: “Agrobay Seracılık” ixtisaslı işçi heyəti ilə bütün istehsal prosesində dünya standartlarını tətbiq edən, 20 illik təcrübəyə malik, Türkiyənin qabaqcıl kənd təsərrüfatı şirkətlərindən biridir. “Agrobay” olaraq işlədiyimiz torpağın haqqını vermək, istifadə edilən heç bir məhsulu israf etmədən son texnologiya ilə kənd təsərrüfatını optimallaşdırmaq şirkətimizin başlıca missiyasıdır. Bu səbəbdən, Azərbaycanda həyata keçirəcəyimiz bu ortaq layihədə öz müasir metodlarımız ilə modernləşməni nə qədər dəstəkləsək, inanırıq ki, arzu etdiyimiz yüksək kənd təsərrüfatı dəyərini də eyni dərəcədə artıracağıq. Bu layihə vasitəsilə qardaş ölkə Azərbaycanın iqtisadiyyatına və kənd təsərrüfatına böyük töhfələr vermək qabaqcıl məqsədimizdir. Bu məqsədimizi uğurla həyata keçirəcəyimizə əminik! Türkiyədəki yarım əsrlik iş təcrübəmizi Azərbaycanda da tətbiq edəcəyik. Bu ortaq layihənin “Qarabağ Zəfəri”ni taclandırmasını istəyirik və  hər iki dövlət üçün xeyirli olmasını qəlbdən diləyirik.

Agrobay seracılık  Türkiyənin məhsuldar torpaqlarında əldə etdiyi bilgi, təcrübə, sahib olduğu texnologiya ilə İngiltərə, Almaniya, İspaniya, İsveç, Hollandiya və Rusiyaya məhsul ixrac edib, EUREP (Euro Retailer Produce Working Group) sertifikatı sayəsində istehsal keyfiyyətimizdən güzəştə getmədən unudulan ənənəvi ləzzətləri yenidən istehsal edirik.

2007-ci ilin iyul ayından etibarən 4-cü mərhələdə istifadəyə verilən 80 hektarlıq plastik istixanadan sonra bitki yetişdirmə bölmələri ilə örtülü ərazi 320 hektara çatdırılıb. Agrobay, istehsal aparılan örtülü sahənin böyüklüyünə görə Mərkəzi Asiya, Cənub-Şərqi Avropa və Türkiyənin deyil, eyni zamanda isitməsi geotermal qaynaqlar ilə həyata keçirilən Avropanın ən böyük istixanasıdır.

Toxumdan, metal konstruksiyaya, isitmə, soyutma, havalandırma, sulama və digər sistemlərinə qədər hər şey bu sahədə ixtisaslaşmış ölkələrdən idxal edilmişdir. Qoyulan investisiya tək bölgəyə deyil, həm də Avropaya səs salacaq böyüklüyə çatmışdır

 

listFoto qalereya