“Azərşəkər” 100-cü Yubiley Aqrar Biznes Festivalında
Paylaşın “Azərşəkər” olaraq Ağdam rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən "100-cü Yubiley Aqrar Biznes Festivalı" iştirak etdik.
Yubiley festivalı aqrar sahənin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də fermerlər üçün yeni imkanların müzakirəsi baxımından mühüm platforma oldu.
Tədbirin əsas müzakirə platformalarından biri olan “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel sessiyada “Azərşəkər”in İdarə Heyətinin sədri və baş icraçı direktoru Nəsib İslamzadə iştirak edib. Paneldə dövlət dəstəyi, özəl sektorun rolu və yeni əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Foto qalereya