close
close
Xəbərlər

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və “AzərŞəkər” MMC arasında Anlaşma Memorandumu imzalanıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və “AzərŞəkər” MMC arasında buğdanın dərin emalı layihəsi üzrə birgə investisiya imkanını araşdırmağa dair “Anlaşma Memorandumu imzalanıb. 
Sənədin məqsədi, ölkə ərazisində becərilən buğdadan daha geniş istifadə imkanlarına malik məhsulların alınması üçün iqtisadiyyatda əlavə dəyər yaradan buğdanın dərin emalı müəssisəsinin yaradılması imkanlarının araşdırılmasıdır. 
Qeyd edək ki, “AzərŞəkər” MMC şəkər çuğunduru, arpa, buğda, qarğıdalı və soya kimi müxtəlif bitki məhsullarının ən müasir üsullarla əkini və becərilməsi üzrə  ixtisaslaşmış şirkət kimi fəaliyyət göstərməkdədir. Bu istiqamətdə “AzərŞəkər” MMC ən son texniki vasitələr, bitki mühafizə və aqrokimyəvi maddələr tətbiq etməklə yüksək keyfiyyətli buğda məhsulu yetişirməkdədi.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə vermək, habelə iqtisadi diversifikasiya və idxal əvəzləyici proseslərə dəstək vermək məqsədilə 2006-cı ildə yaradılmış dövlət şirkətidir.