close
close
Xəbərlər

ADAU-nun tələbələri Azərşəkər MMC-nin Şəmkir təsərrüfatında olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ADAU və “Azərşəkər” MMC arasında mövcud əməkdaşlıq çərçivəsində şirkətin Şəmkir təsərrüfatına səfər ediblər. Səfərin məqsədi tələbələrin müasir aqrar texnologiyalar, xüsusilə də pivot suvarma sistemlərinin fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək olub.

Səfər zamanı tələbələrə sahədə tətbiq edilən müasir suvarma üsulları, bitki becərilməsi prosesləri və aqrotexniki tədbirlər barədə ətraflı məlumat verilib. Onlar həmçinin “Azərşəkər” MMC-nin kənd təsərrüfatında tətbiq etdiyi innovativ yanaşmalar və məhsuldarlığın artırılması istiqamətində gördüyü işlərlə də tanış olublar.

Belə görüşlər gənclərin praktik biliklərini artırmaq və aqrar sahəyə marağı gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.