ADAU-nun tələbələri Azərşəkər MMC-nin təsərrüfatlarında olublar
Paylaşın ADAU-nun Aqronomluq fakültəsinin III kurs tələbələri payız tədris-təcrübəsi müddətində Bitkiçilik kafedrasının müəllimlərinin rəhbərliyi ilə Azərşəkər MMC-nin Yevlax rayonunda yerləşən təsərrüfatlarında və "Aqrolab" kənd təsərrüfatı laboratoriyasında olublar.
Keçirilən təcrübələrin məqsədi tələbələrin innovativ texnologiyaları yaxından izləməsi və bitkiçiliyin əsası olan bitkinin becərilmə texnologiyası ilə yerində tanış olmalarıdır.
Bu təcrübələr zamanı tələbələr torpağın hazırlanması, səpin, şəkər çuğundurunun yığımı və qarğıdalı biçini kimi mühüm kənd təsərrüfatı proseslərində iştirak edərək, bu işləri yerində izləmə imkanı əldə ediblər. Belə təcrübələr tələbələrin sahə biliklərini artırmaqla yanaşı, aqronomluq sahəsində daha dərindən anlayış qazanmalarına şərait yaradır.