Azərşəkər ADA Universitetinin “Açıq Qapı” tədbirində iştirak edib
Paylaşın “Azərşəkər” MMC fevralın 23-də ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsi (SAFS) tərəfindən təşkil olunan ilk “Açıq Qapı” tədbirində iştirak edib.
Tədbir tələbələri və aqrar–qida ekosisteminin əsas tərəfdaşlarını bir araya gətirərək yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradıb. Eyni zamanda, tələbələr şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq istehsalat prosesi, tətbiq olunan texnologiyalar və karyera imkanları barədə ətraflı məlumat əldə ediblər.
Foto qalereya