close
close
Xəbərlər

Promalt zavodunun xammal tədarükü üçün işlər davam edir

Promalt arpa emalı zavodunun xammal ehtiyacının ödənilməsi məqsədilə Ağcabədi, İmişli və Füzuli rayonlarının ərazisində yeni 10 000 hektar ərazidə infrastruktur və müasir suvarma sistemlərinin qurulması üçün işlər davam edir. Hazırda müasir suvarma sistemlərinin layihələndirilməsi həyata keçirilib.

Qeyd edək ki, 2024-cü ildə ilk məhsul qəbulunu həyata keçirəcək zavod ildə ilkin olaraq 11 min ton, sonrakı mərhəldə isə 17 min ton malt emal edəcək. Zavodun fəaliyyətə başlaması ilə bu məhsul üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq.

listFoto qalereya