close
close

Satınalmalar üzrə kiçik mütəxəssis

Vəzifə öhdəlikləri:

 ·         Müəssisədaxili satınalma proseduruna uyğun olaraq satınalma prosesinin düzgün və vaxtında təşkil və icra edilməsi;

·         Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırılması;

·         Alınacaq malların keyfiyyət və spesifikasiyalarının uyğunluğunun son istifadəçi ilə razılaşdırılması;

·         Potensial təchizatçıların düzgün araşdırılması, məhsulların, qiymətlərin və xidmətlərin müqayisə edilməsi;

·         Satınalma prosesinin əlverişli şərtlərlə həyata keçirilməsi;

·         Malın həcm və çəki məlumatlarının, yükləmə ünvanının və daşınma üçün lazım olan bütün məlumatların istehsalçı ilə dəqiqləşdirilməsi;

·         Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi;

·         Son istifadəçilərin tələbnamələri ilə bağlı status hesabatlarının hazırlanması;

·         Bu vəzifə təlimatında sadalanan işlərin görülməsi zamanı müəssisədaxili qaydalara əməl edilməsi, birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarının rəhbər tutulması və müvafiq hesabatların hazırlanması.

 

Vəzifə tələbləri:

 ·         Ali təhsil (İqtisadiyyat və Biznesin idarə edilməsi üzrə);

·         Satınalma sahəsi üzrə minimum 1 il iş təcrübəsi;

·         MS Office və 1C proqramlarında işləmək bacarığı;

·         Azərbaycan və İngilis dili bilikləri (Rus dili – arzuolunandır).

 

Əlavə məlumat:

 İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)

İş yeri: BEGOC Biznes Mərkəzi

Son müraciət tarixi: 29.02.2024

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Satınalmalar üzrə kiçik mütəxəssis) qeyd edərək hr@azsf.az elektron ünvanına göndərilməsi xahiş olunur.  

 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı