close
close

Elektrik mühəndisi

Vəzifə öhdəlikləri:

•    Texniki tapşırığa əsasən layihə sənədlərini işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
•    Layihələrin hazırlanması, layihənin həyata keçirildiyi ərazilərə baxış keçirmək və işlərin monitorinqini aparmaq;
•    Transformator və elektron avadanlıqlara texniki xidmət göstərmək;
•    Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
•    Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
•    Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
•    Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
•    Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
•    Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
•    Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
•    Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
•    Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
•    Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək.

Vəzifə tələbləri:

•    Ali təhsil (Elektrik və elektronika mühəndisliyi, Energetika mühəndisliyi ixtisasları üzrə);
•    Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
•    Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktiki biliklərinin olması;
•    Transformatorların sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması;
•    Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxətli sxemləri analiz etmək bacarığı;
•    Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
•    Normativ və texniki sənədlərlə işləmək bacarığı;
•    MS Excel, Auto Cad proqramlarında işləmək bacarığı;
•    Texniki İstismar Qaydaları (TİQ), Təhlükəsizlik Texnikası Qaydaları (TTQ), Yanğın Təhlükəsizlik Qaydaları (YTQ) üzrə biliklər;
•    Ezamiyyətlərə getmək imkanı və sürücülük vəsiqəsinin olması.

Əlavə məlumat:

Struktur: Texniki Şöbə
Bilavasitə tabe olduğu şəxs: Şöbə müdiri
İş yeri: Bakı şəhəri və regionlardakı təsərrüfatlar
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Son müraciət tarixi: 20.07.2024

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Elektrik mühəndisi) qeyd edərək hr@azsf.az elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq!  
 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı