close
close
Xəbərlər

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev "Azərşəkər"-də görülən işlərlə tanış olub

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev "Azərşəkər" MMC-nin Ceyrançöl ərazisində olan təsərrüfatında yaradılmış şərait və fəaliyyət istiqamətləri ilə tanış olub.

"Azərşəkər" MMC-nin Şəmkir təsərrüfatının rəhbəri Anar Oruclu icra başçısına məlumat verərək bildirib ki, hazırda təsərrüfatda 6.1 km elektrik xətti çəkilib, 16 min kVt-luq yarımstansiya tikilib, 40 kVt-luq və 3 ədəd 1000 kVt-luq transformatorlar quraşdırılıb. Eyni zamanda 15.3 km uzunluğunda su xətti çəkilmiş, müvafiq olaraq 65, 250, 500 min kubmetrlik su tutarları tikilib. "Azərşəkər" MMC-nin tərkibində olan təsərrüfatda 671 hektar sahədə pivot quraşdırılmışdır.

Anar Oruclu qeyd edib ki, 2021-ci ildə təsərrüfatlardan 153 hektar ərazidən 856.8 ton buğda, 356 hektar ərazidən 1687.2 ton arpa, 62.65 hektar ərazidən isə 99.21 ton soya məhsulu yığılıb. Eyni zamanda 51.35 hektar ərazidən 459.38 ton qarğıdalı, 201.7 hektar ərazidən isə 18202.1 ton çuğundur toplanıb.

İcra başçısına məlumat verilib ki, 2022-ci il üçün 130.6 hektar əraziyə buğda, 165.7 hektar əraziyə isə arpa əkilmişdir: “Əkilmiş ərazilərdə laboratoriyamızın mütəxəssisləri tərəfindən monitorinq keçirilib. Monitorinq hal-hazırki inkişafı mərhələsində olan buğda və arpa bitkilərində təhlükəli ola biləcək xəstəliklərin aşkarlanması məqsədilə keçirilib. Bəzi sahələrimizdə taxıllar hələ cücərmə mərhələsindədir, bəzi sahələrimizdə isə kollanma mərhələsi artıq başlayıb. Məlumat üçün bildirək ki, əvvəlki əkin mövsümündə tətbiq edilən ən son texnologiya, yeni yanaşma sayəsində yüksək məhsuldarlıq əldə edilib. Belə ki, arpa sahələrində orta məhsuldarlıq 6 ton, buğda sahələrində isə 5,6 ton olub”.

listFoto qalereya