Azərşəkər MMC-nin əməkdaşı İtaliyada səfərdə olub
Azərşəkər MMC-nin Araşdırma və İnkişaf departamentinin rəhbəri Anar Qədirov İtaliya Respublikasında səfərdə olub. Səfər ADA Universiteti ilə İtaliyanın Bolonya Universiteti tərəfindən həyata keçirilən “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” adlı qısamüddətli sertifikat proqramı çərçivəsində təşkil edilib. Nümayəndə heyəti səfər zamanı Bolonya Universitetinin kənd təsərrüfatı, qida və baytarlıq departamentlərində görüşlər keçirib, laboratoriyaların işi ilə tanış olub. Həmçinin müxtəlif şirkətlərdə elmi-tədqiqat qrupları ilə görüşlər keçirib. Səfərin sonunda iştirakçılara ADA Universitetinin və Bolonya Universitetinin sertifikatları təqdim edilib.
Qeyd edək ki, “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” adlı sertifikat proqramının reallaşdırılmasında məqsəd iki ölkə arasında kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq və təcrübə mübadiləsi platforması yaratmaqdan ibarətdir.