close
close
Xəbərlər

“Promalt” layihəmizə investisiya təşviqi sənədi təqdim edilib 

“Bakı KOB evi”ndə “Azərşəkər” MMC, “Azərsun Kənd Təsərrüfatı Malları” MMC və Azərbaycan İnvestisiya Şirkətinin birgə investisiyası ilə hazırda qurulmaqda olan Promalt arpa emalı müəssəsinə investisiya təşviqi sənədi təqdim edilib.

İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ƏDV-dən və gömrük rüsumundan azad edilir.  

Qeyd edək ki, "Promalt" arpa emalı müəssisəmiz 2024-cü ildə ilk emalını həyata keçirəcək. Müəssisə Cənubi Qafqaz regionunda bu sahədə ilk zavod olacaq. Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılması üçün ötən il avqustun 8-də İmişlidə yeni müəssisəmiz - pivəlik arpa emalı zavodunun təməli qoyulub. “Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun ərazisində inşa olunan müəssisə “Azərşəkər” MMC, “Azərsun Kənd Təsərrüfatı Malları” MMC və Azərbaycan İnvestisiya Şirkətinin birgə investisiyası ilə reallaşdırılır. İldə ilkin olaraq 11 min ton, sonrakı mərhələdə 17 min ton pivəlik arpa (malt) emal edəcək zavod Azərbaycanda ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun, həmçinin ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək. İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisəmizdə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə bu məhsul üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq. Zavodda 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 12 min ton tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin “Azərşəkər” MMC tərəfindən Ağcabədi, İmişli və Füzuli rayonlarının ərazisində 10000 ha ərazidə arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək.