close
close
Xəbərlər

Azərşəkər Bilik Günü münasibəti ilə məktəbliləri sevindirdi

Bilik Günü münasibəti ilə Azərşəkər şirkəti Korporativ Sosial Məsuliyyət çərçivəsində Goranboy rayonunun ucqar dağ kəndi olan Buzluq kəndində məktəblilərə çanta, dərs ləvazimatları və testlər toplusu hədiyyə edib.

Görüşdə çıxış edən məktəb rəhbərliyi məktəblilərə lazım olan bütün ləvazimatları təmin etdiyinə görə “Azərşəkər” şirkətinə öz təşəkkürünü bildirib. Azərşəkər şirkətinin əməkdaşları da öz növbəsində şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Korporativ Sosial Məsuliyyət analyışına xüsusi önəm verən şirkətimiz öz KSM proqramında bölgələrdə sosial rifahın yaxşılaşdırılması, ətraf mühitin mühafizəsinə dəstək istiqamətlərinə xüsusi yer ayırıb və bu cür tədbirləri davamlı olaraq növbəti illərdə də həyata keçirməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, 2017-ci ildə təsis edilmiş AzərŞəkər MMC ölkəmizin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalına başlayıb.

Hazırda şirkət ən son texnologiyalardan istifadə etməklə əkinçilik, heyvandarlıq, bağçılıq və kənd təsərrüfatı laboratoriyası istiqamətlərində fəaliyyətini davam etdirir. Şəmkir, Yevlax, Ağcabədi, Füzuli, Ağdam rayonlarında yerləşən təssərüfatlarındakı kənd təsərrrüfatı fəaliyyəti ilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.