close
close
Xəbərlər

Azərşəkər MMC İngiltərənin "Genus ABS Global" şirkəti ilə anlaşma memorandumu imzalayıb

Azərşəkər” MMC ilə İngiltərənin “Genus ABS Global” şirkəti ölkəmizdə heyvandarlıq təsərrüfatının inkişaf etdirilməsi sahəsində birgə əməkdaşlıq edəcək.

“Azərşəkər” MMC ilə “Genus ABS Global” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi ölkəmizdə heyvandarlıq sahəsinin inkişaf etdirilməsi, xüsusilə də rəqabətqabiliyyətli və ixrac potensialına malik südlük və ətlik heyvandarlıq təsərrüfatlarının yaradılmasıdır.

Sənədi “Genus ABS Global” şirkətinin region üzrə direktoru Mark Smit və “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev imzalayıblar.

listFoto qalereya