close
close
Xəbərlər

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və “AzərŞəkər” MMC arasında Anlaşma Memorandumu imzalanıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC buğdanın dərin emalı layihəsi üzrə birgə investisiya imkanını araşdırmağa dair “AzərŞəkər” MMC ilə Anlaşma Memorandumu imzalayıb.

Sənədə əsasən, şirkətlər ölkə iqtisadiyyatına böyük dəyər qatacaq və ölkəmizdə becərilən buğda-dan daha yüksək dəyərə malik məhsulların alınması üçün buğdanın dərin emalı müəssisəsini qurmaqla bağlı razılığa gəliblər.

Qeyd edək ki, , Azərşəkər MMC şəkər çuğunduru, arpa, buğda, qarğıdalı və soya kimi müxtəlif bitki məhsullarının ən müasir üsullarla  əkini və becərilməsi üzrə  ixtisaslaşmış şirkət kimi fəaliyyət göstərməkdədir. Bu istiqamətdə Azərşəkər MMC ən son texniki vasitələr, bitki mühafizə və aqrokimyəvi maddələr tətbiq etməklə yüksək keyfiyyətli buğda məhsulu yetişirməkdədi.